“Azəri-Çıraq-Günəşli”nin builki gəlirləri açıqlanıb

  • By ilhame
  • 06 Avqust 2024 13:25

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yeddi ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 13,23 faiz azalıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

 

Bildirilib ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən avqustun 1-i tarixinə 3 milyard 607,7 milyon dollar gəlir əldə olunub.

 

Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 158 milyon dollar gəlir əldə edilmişdi.

Gununsesi.info