“Azəriqaz” Ağdamda qaz təchizatını dayandırdı

  • By admin
  • 30 Yanvar 2018 14:04

Bu gün Ağdam şəhərinin təbii qaz təchizatında fasilə yaranıb.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev  Gununsesi.info-ya bildirib ki, qaz təchizatında fasilənin yaranmasına səbəb aşkar edilmiş qaz sızmasının ləğvi ilə əlaqədardır.

Onun sözlərinə görə, hazırda “Azəriqaz” əməkdaşları tərəfindən yaranmış məhdudiyyətin aradan qaldırılması istiqamətində işlər aparılır: “Yaxın saatlarda təbii qazın verilişi bərpa ediləcək”.

Gununsesi.info