“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası davam edir

  • By admin
  • 15 Aprel 2023 18:21

Növbəti həftə (17-18.04.2023 və 20.04.2023 tarixləri) daha 3 rayonda saat 11:00-dan 12:00-dək Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.

Aksiya həftənin 1-ci günü Bərdə rayonunda (Heydər Əliyev Parkı), 2-ci günü Beyləqan rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 4-cü günü isə Füzuli rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info