“Azəriqaz” indi də bu bölgələri qazsız qoyur…

  • By admin
  • 09 Yanvar 2017 17:10

qaz

Yanvarın 10-da saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Qaraçuxur” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Aparılan işlərin Bakının Suraxanı rayonunun Qaraçuxur, Günəşli və Hövsan, eləcə də Sabunçu rayonunun Bakıxanov qəsəbələrinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.

Bu barədə Gununsesi.info-ya “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Gununsesi.info