Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.
SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Anar
Gununsesi.info