
Sosial şəbəkələrdə paytaxt küçələrinin birində qaz xəttinin insanların hərəkət etdiyi səkinin üstündən keçməsinə dair video görüntülər paylaşılıb.
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Gununsesi.info-ya açıqlamasında bu məsələdən xəbərdar olduqlarını və problemin dərhal aradan qaldırıldığını deyib.
Onun sözlərinə görə, həmin xəttt özəl müəssisələr üçün podratçı şirkət tərəfindən çəkilib: “Bu, həmin şirkətin məsuliyyəti olsa da insanların narahatçılığını nəzərə alan “Azəriqaz” özü həmin xəttin yerini dəyişdi.
Gununsesi.info