“Azəriqaz” rəhbəri danışdı:"Hər hansı məhdudiyyət yaranmayıb"

“Azəriqaz” rəhbəri danışdı:

Son bir neçə gündə havanın temperaturunun aşağı enməsi və qeyri-sabit hava şəraitinin keçdiyi bir vaxtda Bakı və Abşeronun müxtəli bölgələrində təbii qaz verilməsinin ya tamamilə, yaxud da qismən məhdudlaşdırılması barədə sosial şəbəkələrdə  məlumat yayılıb.

Hətta aprelin 15-də  Səbail rayonunda Bibiheybət qəsəbəsindəki “Jurnalistlərin evi”ndə də qaz olmadığı bildirilir. Qazın verilişində yaranan problem əhali tərəfindən ciddi narazıçılıqla qarşılanıb. Paytaxt əhalisi SOCAR və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini qaz verilməməsinə görə qınayıb.

Yaranmış durumla bağlı Gununsesi.info “Azəriqaz” İB  rəhbəri Əkbər Hacıyevlə əlaqə saxlayıb.

Ə.Hacıyev isə Bakı və Bakıətrafı qəsəbələrdə qazın verilişində yaranan məhdudiyyətdən xəbərsiz olduğunu deyib.  “Paytaxt və Bakıətrafı yaşayış məntəqələrində qaz verilişində yaranan problem zamanı  “Azəriqaz”ın qaynar xəttinə müraciət edilir və həmən qaz verlişində yaranan problem aradan qaldırılır. Qaldı ki, son iki gündə paytaxt və ətraf qəsəbələrədə qazın verilişində yaranan problemlə bağlı yayılan xəbərlərə, bunlar həqiqəti əks etdirmir. Qaz verilişində hər hansı məhdudiyyət yaranmayıb”,- deyə “Azəriqaz” İB rəhbəri Ə.Hacıyev bildirib.

Mürtəza

Gununsesi.info

COMMENTS