
Tərtər RQİİ-nin rəhbər şəxsləri Ağcabədi rayonunun Füzuli küçəsində yerləşən fərdi yaşayış evlərindən birinə baxış keçiriblər.
Gununsesi.info xəbər verir ki, səbəb isə şəhid ailəsinin SOCAR “Azəriqaz” İB-yə ünvanladığı müraciət olub.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədov Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı isə şəhadətə ucalıb.