
Fevralın 28-də saat 10:00-dan 18:00-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin balansında olan “Ceyranbatan” və “Qobu”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin balansında olan “Ucar”, “Lək” və “Zərdab”, Astara Magistral qaz kəmərləri sahəsinin balansında olan “Günəşli” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin, Cəlilabad rayonunun Günəşli, Alar, Təzəkənd və Qarazəncir kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info bildirilib ki, aparılan işlərin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Gununsesi.info