“Azəriqaz” sahibkarlarla növbəti görüşü Tovuzda keçirəcək - Foto

“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Gununsesi.info xəbər verir ki, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq. Aksiya rayonun Düz Qırıqlı kəndində İcra nümayəndəliyinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 26-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq.

 

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

 

Gununsesi.info