“Azəriqaz” telefonlarını vətəndaşların üzünə bağlıyıb

  • By admin
  • 25 Oktyabr 2016 11:14

qaz

Artıq bir neçə gündür ki, Azərbaycanda havalar kəskin soyuyub.

Havaların qəfil və kəskin şəkildə dəyişməsi mənzillərdə istiliyə olan təlabatı daha da artırıb. Ancaq Bakı və Bakıətrafı qəsəbələrdə mənzillərə qazın az təzyiqdə verilməsi, bir neçə ərazidə isə gün ərzində kəsilməsi kimi problemlər yaşanmaqdadır. Problemlə bağlı insanlar həm sosial şəbəkədə narazılığını bildirir, həm də redaksiyamıza müraciətlər edirlər.

Vətəndaşlar bildirirlər ki, onlar “Azəriqaz”ın “185” qaynar xətt xidmətinə zəng vurur, ancaq telefonu götürən olmur.

“Eyni zamanda, “Azəriqaz”ın yerli rayon idarələrinə müraciət edirik, bildirirlər ki, qazın təziqinin zəif olması bizdən asılı olan məsələ deyil. Qeyd edirlər ki, bu, yuxarı inistansiyaların yaratdığı problemdir”- deyə, vətəndaşlar bildirirlər. 

Gununsesi.info məsələ ilə bağlı “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqə saxlayıb. O bildirib ki, təmsil etdiyi qurumda qış, ya da yay rejiminə keçid məsələsi yoxdur: “Əhali ilin bütün fəsillərində təlabata uyğun olaraq mavi yanacaqla təmin olunur. Qış fəslində qazanxanalar işə salınan vaxtlarda təbii qazın təzyiqinin artırılması tələb edilir. Həmin zaman da qazanxanalara verilən mavi yanacağın təzyiqi artırılır. Hazırda temperaturun qəfil düşməsi nəticəsində bəzi ərazilərdə qazın təzyiqində azalmalar baş verib. Hansı ərazilərdə bu problemlər yaşanırsa, “Azəriqaz” əməkdaşları orada tənzimləmə işlərini həyata keçirir və problem aradan qaldırılır”. 

Mail AĞAXANOV

Gununsesi.info