Ucarın təbii qazla təchizatında yaranmış problem acınacaqlı vəziyyət alıb.
Gununsesi.info xəbər verir ki, abonentlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, bu ayın əvvəlindən rayonun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranır.
Yerli qaz istismar sahəsinin müdir əvəzi Rüstəm Mehdiyev rayonun yaşayış məntəqələrinə qazın fasilələrlə verilməsinin qaz itkiləri nəticəsində yaranmış borcla bağlı olduğunu bildirib. O qeyd edib ki, hələ bir neçə gün rayonda qazla bağlı problem olacaq. R.Mehdiyev hər bir abonentə səbirli olmağı da tövsiyə edib.
Qeyd edək ki, Ucar rayonunda əvvəllər qazın verilişində heç bir problem yaşanmasa da, son vaxtlar “mavi yanacaq” fasilələrlə və istifadəsi mümkün olmayacaq qədər çox aşağı təzyiqlə verilir. Ucar rayonunda yaranmış acınacaqlı vəziyyət təbii qaz istifadəçilərinin narazılığına və narahatlığına səbəb olub.
Gununsesi.info