
Səbail rayonu sakini Azər Quliyev “Azəriqaz” İB-ni məhkəməyə verib.
Şikayətçi A.Quliyev Gununsesi.info-ya bildirdi ki, Arif İsmayılov küçəsi 35 nömrəli evin 6 saylı mənzilində yaşayır.
2016-cı ilin iyun ayının 28-dəmənzillərinə verilən qazı kəsiblər: “Qaz sayğacına baxdıqda, sayğacın qapısının aşıq vəziyyətdə və qaz vintilinin bağlı olduğunu gördüm. Həyətin bayır tərəfi qaranlıq olduğu üçün qaz sayğacına hər hansı bir müdaxilənin olmasını görə bilmədim. Lakin vintilin bağlanması bu işin qaz sayğacına baxan işçilər tərəfindən edilməsi şübhəsini yaradırdı”.
Mənzilin sahibi “Azəriqaz” İB-nin Bakı Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinin rəisi Elşən Quliyevəzəng edərək, onların işçiləri tərəfindən qaz sayğacına nəüçün müdaxilə edildiyini soruşub: “Mənə bildirdi ki, onun işçiləri tərəfindən bizim qaz sayğacına əl vurulmayıb. Sonra isəəlavə etdi ki, yəqin sizin sayğaca qonşuların uşaqlarıəl vurub və onu bağlayıb. Ona bildirdim ki, bizim həyətdə belə uşaqlar yoxdur, digər tərəfdən bizim sayğac 2 metrdən yuxarıda yerləşir və uşaqların ora əli çatmaz. Eyni zamandaəgər uşaqlar edibsə nəyə görə bu sayğacı sındırmıyıb, sadəcə olaraq sayğacın qapısını açıq qoyub və səliqəli surətdə vintili bağlayıb. Elşən Quliyev isə mənə uşaqlar barədə olan ehtimallarını bir daha təkrar etdi. Həmin gün mən evə gəldiyim zaman, gündüz saatlarında bir daha qaz sayğacın baxdım və gördüm ki, qaz sayğacı həqiqətən dəyişdirilib”.
Şikayətçinin sözlərinə görə, onların mənzilinə3 gün qaz verilməyib. Ən əsası isə, A.Quliyevin qaz sayğacı dəyişdirildikdən sonra orada olan 190 manatı və kartındakı 10 manat olmaqla, cəmi 200 manat pulu yeni sayğacına köçürülməyib: “Halbuki, məhkəmə qərarı olmadan bu 200 manat pul kartdan götürülməməli idi, bu götürülmə yalnız¸ sayğacın yoxlanması başa çatdıqdan sonra həyata keçirilməli idi. Yoxlamanın gedişində isə bu pul mənim yeni kartıma oturulmalı idi.
Mühəndislərin tərtib etdikləri Aktda da qeyd olunur ki, qaz sayğacına heç bir kənar müdaxilə olunmayıb.
2016-cı ilin iyun ayının 28-dən 1 aydan çox vaxt keçsə də dəyişdirilmiş və yoxlamaya göndərilmiş sayğac barədə mənə heç bir məlumat verilmir və 200 manat pulum da qanunsuz olaraq qaytarılmır”.
Bundan sonra Quliyev haqqını tələb etmək üçün Səbail rayon Məhkəməsinə müraciət etməli olub. Şikayətçininəsas tələblərindən biri “Azəriqaz” İstehsalat Birliyinin onun xeyrinə 200 manat pulun, 30 manat dövlət rüsumunun, 2016-cı ilin iyun ayının 28-dən məhkəmə qətnaməsi icra olunan günə kimi hər gün üçün, 200 manatın 10 faizi olan 20 manat məbləğində pulun tutularaq ödənilməsidır.
Budan əlavə, “Azəriqaz” İB-nin Bakı Regional Qaz Ölçü Qurğularına xidmət Departamentinin Rəisi Quliyev Elşən İsmayıl oğlundan onun xeyrinə, maddi və mənəvi ziyana görə 5000 manat pulun tutulması barədə məhkəmə qaydasında qətnamə qəbul etməyi xahiş edir. Eyni zamanda, Elşən Quliyevin cinayət məsuliyyətinə cəlb olunması və prokurorluq orqanlarına məlumat verilməsini tələb edir.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info