“Azəriqaz” Yevlaxdakı sahibkarların problemlərini dinləyəcək

  • By admin
  • 23 Noyabr 2021 13:54

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Yevlax rayonunda təşkil olunacaq.

Bu barədə Gununsesi.info quruma istinadən xəbər verir.

Məlumatda deyilir ki, “Azəriqaz” İB-nin rəhbər şəxsləri Yevlax rayonu, Heydər Əliyev prospektində (Yevlax Rayon İcra Hakimiyyətinin yanı) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” noyabrın 25-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Gununsesi.info