“Azəriqaz”da İctimai Şuranın sədri İSTEFA VERDİ

  • By admin
  • 08 Fevral 2022 14:35

Xəyal Bəşirov “Azəriqaz” İB yanında İctimai Şuranın sədrliyindən ayrılıb.

Gununsesi.info xəbər verir ki, bu haqda özü paylaşım edib.

X.Bəşirov bildirib ki, işlərinin çoxluğu səbəbindən könüllü olaraq şəxsi təşəbbüsümə əsasən 9 aya yaxın bir müddət ərzində çalışdığı qurumdan ayrılıb:

“Çox gərgin fəaliyyətimə görə Şuranın işinə lazımi töhfə verə bilməyəcəyim qənaətinə gəldim. Ona görə də, bununla bağlı Şura üzvlərinə müraciət etdim və müraciətim Şuranın 18.01.2021-ci il tarixli iclasında müzakirə edilərək ona müsbət münasibət bildirildi.

07 may 2021-ci il tarixdən bu zamana qədər üzvü olduğum Şura ilə Azəriqaz İstehsalat Birliyi arasında ölkə rəhbərliyinin ictimai iştirakçılqla bağlı siyasətinə uyğun olaraq normal əməkdaşlıq etməyə çalışdıq və mövcud olan çoxsaylı problemlərin həlli istiqamətində müəyyən işlər gördük.

Bu əməkdaşlığa və sağlam münasibətə görə Azəriqaz İB-nə və Ruslan Əliyev başda olmaqla onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Təbii ki, görüləcək işlər hələ çoxdur. Bundan sonrakı təxminən 1 illik səlahiyyət müddəti ərzində fəaliyyətləri ilə bağlı Şuraya və göstərilən etimadı doğrultması üçün yeni seçilən sədrə uğurlar arzulayıram!”-deyə, paylaşımda bildirilib.

Gununsesi.info