“Azəriqaz”da kütləvi “təmizləmə” -BİR GECƏDƏ DEPARTAMENT RƏSİLƏRİ “VURULDU” (özəl)

  • By admin
  • 11 Mart 2017 12:36

EKBER 

Dünən gecə Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində bir neçə yüksək vəzifəli şəxs qəfil işdən azad edilib.

Bu barədə Gununsesi.info-ya “Azəriqaz”ın adının çəkilməsini istəməyən  yükəsk vəzifəli işçilərindən biri məlumat verib. Məlumatda qeyd olunur ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bir gecədə birliyin Hüquq Departamentinin rəisi Elbrus Məmmədovu, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyevi, Bakı İstismar Departamentinin rəisi Osman Behbudovu, həmin idarənin baş mühəndisi və “Azəriqaz”ın bir neçə regional idarələrinin rəislərini onların özünə demədən  işdən azad edib.

Bu gün səhər işə gələn həmin şəxslərə artıq bu qurumdan kənarlaşdırıldıqları barədə xəbər verilib. Məlumatda bildirilir ki, baş direktor bu əmri verərkən, Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub.

Gununsesi.info-nun əməkdaşı qurumdakı kütləvi işdən çıxarılmaların səbəbini öyrənmək üçün baş direktor Əkbər Hacıyevlə əlaqə saxlamağa çalışsa da buna nail ola bilməyib.

“Azəriqaz”da baş verənlərlə bağlı gün ərzində maraqlı xəbərləri təqdim edəcəyik.

Gununsesi.info