“Azəriqaz”ın Beyləqanda sahibkarlarla görüşü olacaq

  • By admin
  • 03 Oktyabr 2023 11:01

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Gununsesi.info xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Beyləqan rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” oktyabrın 4-də saat 14:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.