“Azəriqaz”ın qaz sayğaclarını yeniləməsi, dəyişdirməsi ilə bağlı cəmiyyətdə müəyyən narahatçılıqlar, etirazlar yaranıb. Hətta Milli Məclisin üzvləri “Azəriqaz”ı korrupsiyada ittaham edirlər.
Sadə vətəndaşlar isə iddia edir ki, yeni sayğaclar quraşdırılandan sonra onlara aylıq qaz pulu çox gəlməyə başlayıb.
Bu iddialarla bağlı Gununsesi.info Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə müraciət edib.
Saytımıza açıqlamasında Ruslan Əliyev bildirib ki,
“Azəriqaz” sayğac istehsal etmir, Respublikaya gələn bütün sayğaclar Dövlət reysterindən keçir:
“Azərbaycan Metrologiya İnstitutunun daimi nümayəndəsinin iştirakı və Energetika Nazirliyinin müvafiq təşkilatının nəzarəti altında sınaq olunur, istismara buraxılır. “Azəriqaz” İstehsalat Birliyi dövlətin müvafiq qaydaları ilə fəaliyyət göstərir. Hər iki qürumun iştirakıyla işikayətlər araşdırılır,bu günə artıq yazan sayğac aşkarlanmayıb. Bununla yanaşı həftənin iki günü – II və IV günlər açıq qapıdır. Konkret şikayətlər varsa, araşdırılır. Qaldı ki, fevral ayın birindən əvvəl sayğacı əvvəldən ödəniş olan abonentlərə sayğac seçimi onların ixtiyarındadır. Çox xoş olardı, istənilən bir şikayəti Sizin iştirakınızla araşdırılsın. Özünüz əmin olardınız”.
Günay Təhməzova
Gununsesi.info