“Azərişıq”: Bakı 100%, regionlar isə 80% elektrik enerjisi ilə təchiz olunub

  • By admin
  • 03 İyul 2018 10:25

Картинки по запросу "Azərişıq
“Gərgin əmək nəticəsində paytaxt Bakı 100%, Azərbaycanın regionları isə 80% elektrik enerjisi ilə təchiz olunub”.

Bunu  Gununsesi.info-ya açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su və kanalizasiya idarələri, başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub. “Azərenerji” ASC elektrik enerjisi ötürdükcə abunəçilər işıqla təmin ediləcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində bütün zəruri addımlar atılır və problemlər ən qısa vaxtda 100% aradan qaldırılacaq”, – o qeyd edib.