“Azərişıq” ASC-nin sədri vətəndaşları qəbul edəcək - HANSI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNACAQ?

  • By admin
  • 04 Sentyabr 2019 19:59

Sentyabrın 5-də “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

Gununesi.org quruma istinadən xəbər verir ki, “Azərişığ”ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak edəcəyi qəbulda Qəbələ və İsmayıllı rayonundan olan vətəndaşların müraciət və təklifləri dinləniləcək.

Sabah həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Oğuzda, bu rayondan olan vətəndaşları qəbul edəcək.

V.Əhmədovun qəbulu “Azərişığ”ın Qəbələdəki, R.Yusifovun isə SC-nin Oğuzdakı yerli inzibati binasında baş tutacaq.

 

Gununsesi.org