
“Azərişıq” ASC-yə məxsus transformator yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Samux rayonu, Çobanabadlı kəndində “Azərişıq” ASC-yə məxsus transformatorun sarğıları və yağı yanıb.
Yaxınlıqdakı biçilən taxıl sahələri yanğından mühafizə olunub.
Yanğın saat 20:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info