
Abşeron rayonunun Novxanı kəndində yerləşən “Hacı Səfərəli” məscidinin işıqları kəsilib.
Gununsesi.info bakupost.az-a istinadən xəbər verir ki, işıqların kəsilməsinə səbəb məscidin elektrik enerjisinə görə 24 min manat borcunun olmasıdır. Məlumata görə, 1 həftədir işıqsız qalan məsciddə bu səbəbdən azan da oxunmur.
“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı açıqlamasından bildirib ki, məscidin elektrik enerjisinə görə 24 min yox, 9 min manat borcu var: “Bizim üçün abonentlərin fərqi yoxdur. Borc tam ödənildikdən sonra elektrik enerjisinin verilişi bərpa olunacaq. Məscidlərin hamısı Qafqaz Müsəlmanları İdarəsinin tabeliyindədir. Borcu da QMİ ödəsin”.
Gununsesi.info