Yaşar Məmmədəli oğlu Həsənov “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Gununsesi.info-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İlham Ata oğlu Mirzəliyevə həvalə edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Gununsesi.info