
Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov ilə vida mərasimi başa çatıb.
Gununsesi.info xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edirlər.
Hazırda mərhumun nəşi dəfn olunmaq üçün İkinci Fəxri xiyabana aparılır.
Gununsesi.info