“Azərpoçt” “VISA” ödəniş sisteminin tamhüquqlu üzvü oldu

  • By admin
  • 29 Dekabr 2022 14:48

Yenilənmə və rəqəmsallaşma mərhələsinə keçid edən “Azərpoçt” MMC “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alıb.

Gununsesi.info xəbər verir ki, bununla da “Azərpoçt”un POS-terminal istifadə olunan bütün şöbə və filiallarında “Mastercard” sahibləri ilə yanaşı, “VISA” kart sahibləri nağdsız ödənişlər edə biləcəklər.

Eyni zamanda, “Azərpoçt”a kart emissiyası, kart qəbulu, pulköçürmələr və elektron kommersiya üzrə lisenziyalar verilib. Bu da öz növbəsində fiziki və hüquqi şəxslərin qurumdan kart xidmətləri sahəsində tam funksional şəkildə faydalanmasına imkan yaradacaq.

Məlumat üçün bildirək ki, poçt əməliyyatları zamanı şəffaflığın təmin edilməsi üçün “Azərpoçt” Bakının bütün poçt şöbələri daxil olmaqla, ölkə üzrə 500-dən artıq poçt şöbəsində POS-terminal quraşdırıb.

“Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər maliyyə xidmətləri, eləcə də biznes xidmətləri təqdim edir.

Gununsesi.info