“Azərreyl” çempion olub

  • By ilhame
  • 23 Aprel 2024 21:29

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.

 

Gununsesi.info xəbər verir ki, həlledici matçda “Azərreyl” “Abşeron”la üz-üzə gəlib. Bakı İdman Sarayındakı qarşılaşma “Azərreyl”in 3:1 (25:13, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

 

Bununla da “Azərreyl” 2023/2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.

 

Qeyd edək ki, ötən gün “Azərreyl”in kişilərdən ibarət komandası finalda “Murov Az Terminal”ı (3:2) məğlub edərək ölkə çempionu olmağı bacarıb.

 

Əlavə edək ki, qadınların Yüksək Liqasında bürünc medalları “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” əldə edib.

Gununsesi.info