Noyabr ayından “Azərsu” ASC-də kütləvi ixtisarla start verilib.
Azərbaycanda sosial-iqtisadi çətinliklərlə bağlı 2016-ci ilin əvvəlində ölkə başçısı İlham Əliyevin göstərişi ilə “Azərsu” ASC-yə vaknasiya yerlərə kütləvi surətdə işçi qəbul edilsə də, bu sevinc uzun çəkmədi. Artıq bu qurumun strukturlarında islahtlar adı altında aparılan dəyişikliklər nəticəsində kütləvi ixtisarlara başlanıb.
Gununsesi.info-ya daxil olan məlumata görə, səbəb “Azərsu” ASC-nin üzləşdiyi maliyyə çətinlikləri göstərilir. Maliyyə böhranından çıxış yolu kimi “Azərsu”ASC idarələri birşlədirməkdə görür.
Bu səbəbdən də noybar ayının 1-dən etibarən “Azərsu” ASC rəhbərliyi tərəindən Ceyranbatan Su Kəmərləri İdarəsi, Hacı Zeynalabidin Su Kəmərləri və Oğuz-Qəbələ Su Kəmərləri İdarəsi birləşdirilməsi barədə sərəncam imzalanıb.
Sərəncama əsasən bu idarələrdə işləyən xeyli sayda işçinin ixtisarı nəzərdə tutulur.
Gununsesi.info-ya daxil olan məlumata görə, işçilərə özlərinə yeni iş yeri axtarmaq üçün iki ay vaxt verilib. Bu üç idarənin birləşməsi nəticəsində artıq 50-dən artıq insana iki aylı əməkhaqqı verilməklə işdən azad edilib. Yüzlərlə insana isə ilin sonunadək vaxt verilib.
Əgər onlar ilin sonun kimi iş tapmazlarsa, yeni ildən etibarən onlar iş yerlərini itirmiş olacaqlar.
İş bununla da bitmir, yəni, idarələrin birləşməsi ilə işçilərin tarif dərəcələrinin azaldılması nəticəsində onların əməkhaqqları azaldılıb.
Idarələrin birləşdirlməsi isə vəzifə uğurnda mübarizəni kəskinləşdirib. Hazırda vəzifə uğrunda bir savaş başlanıb. İş yerini itirmək istəməyənlər arasında vəziyyət həddən artıq kritik duruma çatıb.
Birləşmiş idarələrin müdiri vəzifəsi postunu isə Ceyranbatan Su Kəmərləri İdarəsinin sədri Elman müəllim qoruyub saxlaya bilib.
Ancaq müavinlər, mühəndis, mühasib postu uğrunda əməlli- başlı mübarizə gedir.
Gununsesi.info