“Azərsu” sabah Sumqayıtı susuz qoyacaq

  • By admin
  • 11 Aprel 2017 14:48

1464013182_44-300x225

Sabah Sumqayıta içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Gununsesi.info xəbər verir ki, “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sumqayıt şəhərində istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni çəkilmiş magistral su xətti şəbəkəyə birləşdiriləcək.

Bununla əlaqədar aprelin 12-də saat 08:00-dan etibarən gün ərzində Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Gununsesi.info