“Azərsun Holdinq”in rəhbəri Abdollbari Goozal ən aciz qaldığı vəziyyəti ictimaiyyətə açıqlayıb.
Gununsesi.info “Marja”ya istinadən xəbər verir ki, tanınmış iş adamı bildirib ki, xərclərə qənaət etməyə çalışsalar da, bunu ixtisarlar ilə edə bilmirlər:
“Mən Sizə bir həqiqəti deyim, vallah çətinlik çəkirik. Biz ində hesab-kitabımızı “incə-incə” aparırıq. Çox düşünürük. Ən çox mənim insani tərəfim bizə zərər verir. Bizdə çox artıq işçilər var. Çünki zavodlar avtomatlaşdıqca işçilər azalmalıdır. Amma onları çıxartmaqda çətinlik çəkirəm. Ən aciz qaldığım budur. Biz çalışırıq ki, işçiləri çıxartmayaq. Əlavə 2 zavod tikib artıq işçiləri ora köçürmək istəyirik. 2 zavod tiksək işşi qəbul etməyə ehtiyac yoxdur. Bizdə 2 zavodun işçisi qədər artıq işçi var”.
Gununsesi.info