AZƏRTAC-da rüşvət qalmaqalı - Yoxlama başladı

Azərbaycan Dövlət İnformasiya Agentliyində (qısa adı AZƏRTAC) yoxlamalar başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Globalinfo.az-a etibarlı mənbədən məlumat daxil olub.

HTML tutorial

Bildirilir ki, dövlətin rəsmi informasiya agentliyi olan bu qurumda ciddi yeyintilər aşkarlanıb. Büdcə pulları rüşvət və korrupsiya yeminə çevrilib. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun yaxın günlərdə baş verən bu hallara görə işdən çıxarılacağı gözlənilir. Onun istintaqa cəlb olunub-olunmayacağı barədə isə hələlik məlumat yoxdur.

AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır. Təkcə bu fakt deməyə əsas verir ki, qurumdakı korrupsiyanın miqyası kifayət qədər çoxdur. Korrupsiya və talançılığın illərdir davam etdiyi, çox böyük məbləğlərdən söhbət getdiyi deyilir.

Gununsesi.info