Azərbaycan Dövlət Xəbər Agentliyi “AZƏRTAC” Naxçıvan Muxtar Respublikasında təşkil olunan dövlət tədbirlərinin və digər ictimai-siyasi tədbirlərin xəbərlərinin yayımını dayandırıb.
Bu barədə Gununsesi.info-ya Naxçıvan Muxtar Respublikasından verilən xəbərdə deyilir.
Məlumatda bildirilir ki, “AZƏRTAC” Muxtar Respublikanın həyatına aid tədbirlərin işıqlandırılmasını 2 gündür ki, dayandırıb.
Agentlikdən Naxçıvan rəhbərliyinin şifahi sorğularına reaksiya verilməyib.
Afət Abbasova
Gununsesi.info