“Azərxalça”nın yeni rəhbəri biznesmendir - ARAŞDIRMA

  • By admin
  • 18 Mart 2021 17:52

Dövlət başçısının sərəncamı ilə Emin Məmmədov “Azərxalça” ASC-nin yeni rəhbəri təyin olunub.
Gununsesi.info xəbər verir ki, o, tanınmış rəssam Səlhab Məmmədovun oğludur.
Avropada yaşayan araşdırmaçı jurnalist Cavanşır Həsənli isə E.Məmmədov haqqında yeni məlumatlar yayıb.

E.Məmmədov Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.
O, 2005-ci ildə təsis edilmiş “Q GALLERY” və 2011-ci ildə qeydiyyatdan keçmiş “Q GALLERY PROJECTS” məhdud məsuliyyətli cəmiyyətlərinin təsisçisidir. Qız Qalasının yanında yerləşən Qız Qalası Qalereyası (“QGallery”) hazırda Bakının ən nüfuzlu sənət mərkəzlərindən biri kimi sərgilər, kolleksiyalar və ticarət fəaliyyəti üçün mərkəz kimi çıxış edir.
“Q GALLERY” MMC-nin Avropa qolu olan “Q Gallery Berlin Qalereyası” isə beynəlxalq sərgilər təşkil edir.
Qalereya “Q Gallery Berlin GmbH” adı iıə 2008-ci ildə Almaniyanın paytaxtında hüquqi qeydiyyata alınıb.
Sənət əsərlərinin sərgi və satışından əldə etdiyi illik gəliri 79998 dollardır.
Berlinin Großgörschenstr. 7 ünvanında yerləşən qalereyaya əvvəllər əslən Cənubi Azərbaycandan olan tanınmış rəssam İbrahim Əhrari rəhbərlik edib, hazırda isə müəssisənin direktoru kimi Emin Məmmədovun adı qeyd olunub.

Gununsesi.info