Azər Qəribdən KƏSKİN SÖZLƏR: "O pula nəvələrimə pay ala bilərdim"

  • By admin
  • 23 Mart 2022 13:13

“Bu gün test verdim ki, ana yurdum məni qəbul etsin qayıdanda. 45 dollar da pul verdim. Ay başınıza  dönüm, bu qaydanı yığışdırın, bəsdir yad klinikaları dolandırdıq”

Gununsesi.info xəbər verir ki, bu sözləri məşhur səyyah Azər Qəribov sosial şəbəkədə yazıb.

Artıq bir çox ölkələrin PCR testini ləğv etdiyini vurğulayan A.Qəribov Azərbaycanda da eyni addımın atılmasını arzu edib:  “İki doza, üstündən də bir buster zıplamışam kövrək bədənimə, bəs deyil? O pula nəvələrimə pay ala bilərdim, indi deyəcəm ki, Operativ Qərargahda oturan əmilərin ucbatından qaldınız hədiyəsiz. Görün indi başınıza nə oyun açacaqlar, bacarırsınız durun qabağlarında…”

Gununsesi.info