Azərbaycan əhalisi özünü yoxsul hesab etmir -DÜNYA BANKI

  • By admin
  • 13 Mart 2018 15:06

Dünya Bankı Cənubi Qafqazda Azərbaycan, Ermənistan və Gürcüstanın sosial iqtisadi durumu ilə bağlı hesabat hazırlayıb.  Hesabata görə, Cənubi Qafqaz ölkələrində ən pozitiv vəziyyət Azərbaycandadır. 

Gununsesi.info Dünya Bankının “South Caucasus in Motion” hesabatına istinadən xəbər verir ki, sənəd 1500 ev təsərrüfatında aparılan sorğu nəticəsində hazırlanıb.

Əhalinin iqtisadi yaşayışına görə, ən ağır vəziyyət Ermənistandadır.  Qoyulan suallardan biri belədir:”4 il öncə ilə müqayisədə ailəniz indi daha yaxşı yaşayır, ya əksinə”. Ermənilərin 66%-i , gürcülərin 57%-i, azərbaycanlıların 27%-i yaşayışlarının pisləşdiyini vurğulayıblar.  Lakin 3 ölkə arasında bu suala “bilmirəm” cavabına görə ən yüksək faizi də biz toplamışıq – 16%.

Hər 4 gürcüdən biri, hər 5 ermənidən biri düşünür ki, iqtisadi durumları 4 il əvvəllə müqayisədə pisləşib. Azərbaycanda isə 5 ev təsərrüfatında 2-si hesab edir ki, iqtisadi vəziyyətləri yaxşılaşıb.

Bankın ekspertləri hesab edir ki, alınan nəticələr bu 3  ölkənin sosial-iqtisadi durumunu təhlil etməyə imkan verir. Birincisi,  bu ölkələr arasında iqtisadi durumlarında dəyişikliklər var.  İki ölkə- Ermənistan və Gürcüstan iqtisadiyyatı səviyyəsinə və modelinə uyğun olaraq eyni inkişafa malikdir.  Gürcüstanda Ermənistana nisbətən daha sürətli iqtisadi şaxələnmə müşahidə edilir. Lakin Azərbaycanda neftin qiymətinin aşağı düşməsilə əlaqədar yaşanan iqtisadi şok insanların rifah halına ciddi təsir göstərməyib.

Sənədə görə, Azərbaycan əhalisinin 28.2 faizinin, Ermənistan əhalisinin 71.7 faizinin, Gürcüstan əhalisinin isə 69.3 faizinin günlük gəlirləri 5 faizdən aşağıdır.  Hər üç ölkədə yaşanana iqtidasi şoklar, səhiyyə, təhsil durumları kənd və şəhər müxətlif təsir göstərir. Məsələn, Azərbaycanın Gəncə-Qazax iqtidasi regionunda yoxsulluq səviyyəsi (17 faiz) paytaxtla müqayisədə 4 dəfə çoxdur.

İqtisadçı-ekspert  Rövşən Ağayev hesabata münasibət bildirərkən qeyd edir ki, Dünya Bankının regionda  yoxsulluğun ən aşağı səviyyəsinin Azərbaycanda olduğunu vurğulaması normaldı : “Böyük neft gəlirləri Azərbaycanda daha yaxşı sosial-iqtisadi şərtləri təmin edib.

Əsas diqqətçəkən məqam odur ki, Dünya Bankı Azərbaycanda yoxsulluq səviyyəsinin 9% ətrafında olduğunu qeyd edir. Bu Azərbaycan hökumətinin rəsmi göstəricisindən (5.2%) kifayət qədər yüksəkdir. Lakin Bankın 9%-lik göstəricisi beynəlxalq yoxsulluq şkalası ilə gündəlik adambaşına 2 dollardan aşağı yaşayanları əhatə edir. Beynəlxalq yoxsulluq şkalası 5 dollar götürüldükdə Azərbaycanda yoxsulluq səviyyəsi 28.2%-ə çatır”.

Onun sözlərinə görə, hesabatda maraqlı olan hesablamalardan biri əyalətlərdə yoxsulluq səviyyəsinin daha yüksək olmasıdır: “Halbuki hökumət bölgələr üzrə yoxsulluq səviyyəsini açıqlamır.

Dünya Bankının ekspertləri vurğulayır ki, devalvasiya və onun doğurduği qiymət artımı 2015-2016-cı illərdə milyonlarla insanı yoxsulluğa sürüklədi. Amma Azərbaycan hökumətinin rəsmi statikasında manatın kəskin devalvasiyasının doğurduğu nəticələr yoxsulluqla bağlı rəqəmlərdə öz əksini tapmayıb”.

Vüsalə

Gununsesi.info