Azərbaycan əhalisinin 2017-ci il üçün sayı AÇIQLANDI

  • By admin
  • 15 Fevral 2018 10:42
Azərbaycanda əhalinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, ötən il ölkə əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898085 nəfərə çatıb.
Əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin, 49,9 faizi kişilərin, 50,1 faizi isə qadınların payına düşür.
Ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakı şəhərində, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb.
Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakı şəhərində 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil etmişdir ki, bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir.
Gununsesi.info