Azərbaycan əsilli britaniyalı gimnastların bayraq sevgisi - FOTO

  • By admin
  • 17 Avqust 2022 20:38

Dünyanın idman meydançalarında Böyük Britaniyanı təmsil edən azərbaycan əsilli gimnastlar Cesika və Cenifer Qədirova bacıları üçrəngli bayrağımızla birgə foto çəkdiriblər.

Şəkli əkizlərin atası Nadir Qədirov özünün “Facebook” səhifəsində paylaşıb.

“Ey əziz anam Azərbaycan! Azərbaycandan nə qədər uzaqda olsaq, o qədər də çox vətən sevgimiz var”, – o, qeyd edib.

Xatırladaq ki, bugünlərdə Almaniyanın Münhen şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında Cesika Qədirova qızıl medal qazanıb.

17 yaşlı idmançı xalça üzərində sərbəst hərəkətlərdə hamıdan yaxşı nəticə göstərərək Avropa çempionu olub.

Gununsesi.info