“Azərbaycan əsl dostlarından birini itirdi” - Səfir Litvanın səhiyyə nazirinin vəfatından yazdı - Fotolar -YENİLƏNİB

  • By admin
  • 16 Oktyabr 2016 12:58

litva-1

Litvanın səhiyyə naziri, Seymin Azərbaycanla Dostluq Qrupunun rəhbəri -34 yaşlı Yuras Pozela bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Gununsesi.info-nun məlumatına görə, bu haqda öz “Facebook” səhifəsində yazan Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə mərhum naziri Azərbaycanın dostu adlandırıb.

“Bu səhər Azərbaycanın əsl dostlarından birini itirdik. Səhiyyə naziri Yuras Pozela ən ağrılı məsələlərimizdə cəsarətlə Litva Seymində, kütləvi informasiya vasitələrində, müxtəlif tədbirlərdə çıxış edib bizim haqlı movqeyimizi müdafiə edirdi.Yuras 2012-ci ildən Seymdə 51 deputatdan ibarət Azərbaycanla Dostluq Qrupuna rəhbərlik edirdi. Sən bizim qəlbimizdə yaşayacaqsan, dost!”- deyə, səfir sonra qeyd edib.

Onu da qeyd edək ki, J. Pozela Seymin Azərbaycanla Dostluq Qrupunun rəhbəri kimi hər il Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Prezidenti və Milli Məclisin sədrinə müraciətlər ünvanlayır, başsağlığı məktubları göndərirmiş.

Hətta, Dostluq Qrupundakı 51 nəfəri Azərbaycan, Xocalı həqiqətlərinin olduğu kimi, yayılması, çatdırılması işinə səfərbər edirmiş.

Eyni zamanda, qeyd edək ki, mərhum nazir Vilnüs Universitetini bitirib. Litvanın Sosial-Demokrat Partiyasının sədr müavini olub. Ailəlidir, bir oğlu var.

Bu ilin avqust ayında səhhətində problem yaranıb və səhər saatlarında dünyasını dəyişib.

Allah rəhmət etsin!

yuras

yuras-1

yuras-2

yuras-4

yuras-5

K. HƏMZƏOĞLU

Gununsesi.info