Azərbaycan-Almaniya müəssisəsi yaradılır - FOTOLAR

  • By admin
  • 18 İyul 2022 13:21

“Azərbaycan Sənaye Korporasiyası” ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış müqaviləyə əsasən alüminium məhsullarının istehsalı üzrə birgə müəssisə təsis edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi tviter hesabında bildirib.

Layihə çərçivəsində Gəncədə illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı və layihənin birinci mərhələsində 132 mln. ABŞ dolları sərmayə qoyulması nəzərdə tutulur.

Bu, 800-dən çox yeni iş yerinin yaradılmasına, alüminium sənayesinin inkişafı, rəqabət qabiliyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə töhfə verəcək.

Gununsesi.info