Azərbaycan Avrasiya inkişaf bankının üzvü olmaq niyyətindədir.
Gununsesi.info “İzvestiya”-ya istinadən xəbər verir ki, bunu Avrasiya inkişaf bankının İdarə heyətinin sədri Dmitriy Pankin deyib.
Onun sözlərinə görə, bank dünyanın müxtəliq kontingentlərində yerləşən 70 ölkəsi analiq edərək üzvülüyə namizəd məsələsinə baxıb: “Aparılan analizin nəticəsi olaraq banka real namizəd ölkələrin siyahısını müəyyənləşdirib. Bu ölkələr Azərbaycan, Yaponiya, Hindistan, Sinqapur, İsrail, Misir, İndenoziya, İran, Vyetnam, Cənubi Koreya, Tailandvə Monqolustandır”.
Bankın rəhbəri onu da əlavə edib ki, bu bizim abstrakt istəyimizdən irəli gəlmir, kriteriyalara uyğun gəldiyi üçün bu ölkələr seçilib. “Burada həmçinin banka üzv olan ölkələrlə sıx əməkdaşlıq və inteqrasiya məsələləri də nəzərə alınıb- deyə, o bildirib.
Qeyd edək ki, bankın yaradıcıları Rusiya, Qazaxstan, Qırğızstan, Belarus, Tacikstan və Ermənistandır.
Gununsesi.info