Azərbaycan Avropa Şurasının konvensiyasına qoşuldu - FOTO

  • Müəllif: admin
  • 01 Dekabr 2016 12:32

avropa
Macarıstanın Budapeşt şəhərində keçirilmiş Avropa Şurasının İdmana məsul Nazirlərinin 14-cü Konfransı öz işini yekunlaşdırıb.
Bu haqda Gununsesi.info-ya Gənclər və İdman Nazirliyindən məlumat verib. Tədbirdə nazir Azad Rəhimovun rəhbərliyi altında nümayəndə heyəti iştirak edib.
Konfrans çərçivəsində A.Rəhimov “Avropa Şurasının futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma ilə bağlı Konvensiyası”na qoşulması üçün sənədə imza atıb.
Anar
Gununsesi.info