Azərbaycan Baydenin “Demokratiya sammiti”nə niyə çağırılmır? - VƏKİL ELÇİN SADIQOV DEYİR Kİ...

  • By admin
  • 30 Mart 2023 11:18

ABŞ Prezidenti Jozef Baydenin təşəbbüsü ilə “Demokratiya sammiti” öz işinə başlayıb.

Qeyd edək ki, bu sammitə insan haqları sahəsində ciddi problemləri olan ölkələr dəvət almayılb.

Onlar arasında Azərbaycan, Rusiya və Türkiyə də var.

Bizdən fərqli olaraq, ABŞ Administrasiyası Ermənistan baş naziri Nikol Paşinyanı bu tədbirə dəvət edib və o, Azərbaycan əleyhinə çıxış edib.

Vəkil Elçin Sadıqov Gununsesi.info-ya açıqlamasında deyir ki, Azərbaycanın bu önəmli tədbirə çağırılmamasından nəticə çıxarmaq lazımdır: “Azəbaycanda insan haqları problemləri ciddidir. Təbii ki, bizdəki real durum bu mötəbər sammitə dəvət almamağımızla nəticələndi. Amma  gördüyünüz kimi, Paşinyan sammitdə çıxış etdi və Azərbaycan əleyhinə də danışdı. Onun Qarabağdakı vəziyyətlə bağlı dedikləri təbii ki, həqiqəti əks etdirmirdi. Ancaq ABŞ prezidenti başda olmaqla bütün dünya onun dediklərini eşitdi.  Ona görə də hökumət bu cür məsələri diqqətə almalıdır. Ölkədə insan haqları ilə bağlı ABŞ-ın Avropa İttifaqının və digəır nüfuzlu təşkilatların hesabatlarında əks olunanlar araşdırılmalıdır, tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan hökuməti insan haqları məsələsində inkarçı mövqe sərgiləyir ki, bu da yanlış addımdır”.

Elmar Elnuroğlu

Gununsesi.info