Ermənistanda müxalifətin baş nazir postuna vahid namizədi (aralıq fiqur kimi), bədnam “Qarabağ” komitəsinin qurucularından biri Vazgen Manukyan baş nazir Nikol Paşinyanı Azərbaycanın keçmiş prezidenti və AXC lideri Əbülfəz Elçibəylə müqayisə edib. Virtualaz.org xəbər verir ki, RBK agentliyinə müsahibəsində Manukyan Paşinyanın Qarabağda döyüşlər gedərkən cəbhədə nə baş verdiyini yaxşı dərk edə bilmədiyini, ona görə də müharibəni vaxtında dayandırmadığını və beləliklə də əsas mövqeləri saxlamaq şansını əldən verdiyini deyib.
Vazgen Manukyan bildirib ki, birinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycanda analoji vəziyyətin hökm sürməsindən istifadə edib.
Manukyan inanır ki, əgər hakimiyyətdə Serj Sərkisyan olsa idi müharibə sadəcə olaraq başlamazdı. Paşinyan isə Qarabağa dair danışıqlar prosesini pozdu.