Azərbaycan boksçusu dünya çempionatında mərhələ adlayıb

Azərbaycan boksçusu Məhsəti Həmzəyeva Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 57 kq çəkidə çıxış edən milli üzvü 1/16 final çərçivəsində Cennifer Peterslə (Yeni Zelandiya) qüvvəsini sınayıb.

Görüş 4:1 (30:27, 28:29, 30:27, 30:27, 29:28) hesabı ilə Həmzəyevanın xeyrinə bitib. O, 1/8 finalda qazaxıstanlı Karina İbrahimova ilə döyüşəcək. Görüş martın 21-nə təsadüf edəcək.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.