Azərbaycan boksçusu Lorenzo Sotomayor qızıl medalın bir addımlığında - O, yarımfinalda erməni idmançıya qalib gəldi

  • Müəllif: admin
  • 19 Avqust 2016 22:20

stom

“Rio-2016” Yay Olimpiya Oyunlarının boks yarışlarında Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxıb.

Gununsesi.info xəbər verir ki, bütün görüş boyu rəqibindən üstün olan təmsilçimiz yekunda inamlı qələbəyə sevinib. Altmış dörd kiloqram çəkidə mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb və erməni idmançını 3:0 (30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. O, bununla finala vəsiqə qazanıb.

Gununsesi.info