Azərbaycan böyük ziyalısını itirdi

  • By admin
  • 24 Sentyabr 2019 13:00

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olmuş Vurğun Əyyub bir qədər öncə vəfat edib.

Bu barədə Gununsesi.org-a V. Əyyubun ailəsindən bildirilib.

V.Əyyub uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi…

Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə ilk dəfə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini gerçəkləşdirib.

1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.

2014-cü ilə Müsavatda rəhbərlik dəyişəndən sonra V.Əyyub partiyanın Məclis üzvlüyündən çıxarılıb və sıravi üzv kimi qalıb.

2015-ci ildə Vurğun Əyyub tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib.

Allah rəhmət eləsin.

Gununsesi.org