Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

  • By admin
  • 06 Fevral 2023 12:04

Bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləcək iki oyun bir dəqiqəlik sükutla başlayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib.

Bildirilib ki, Türkiyənin bir neçə bölgəsində baş vermiş zəlzələdə həlak olanların xatirəsinə anmaq üçün bu addım atılıb.

Qeyd edək ki, bu gün “Şamaxı” “Turan Tovuz”la, “Sabah” “Səbail”lə qarşılaşacaq.

Gununsesi.info