Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənc cüdoçular arasında keçirilən dünya birinciliyində fərdi yarışlar başa çatıb.
“Report” xəbər verir ki, mötəbər yarışın sonuncu günü Azərbaycan millisi daha bir uğura imza atıb.
Belə ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Kotsiyevin rəqibi Ermənistan əsilli Rusiya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.
Bununla da, millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər ölkələrin komandalarını qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq 2-ci olublar.
Hidayət Heydərov (73 kq), Zelim Kotsiyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı mötəbər birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.
Gununsesi.info
Azərbaycan cüdoçusu erməni rəqibini yenərək gənclər arasında dünya çempionu olub
- By admin
- 21 Oktyabr 2017 21:49
DİGƏR XƏBƏRLƏR
-
19 Aprel 2024 22:13
Çempionlar liqasında həftənin ən yaxşısı açıqlanıb
-
19 Aprel 2024 22:05
Karlo Ançelotti komandasından ayrılan futbolçu üçün ağladı
-
19 Aprel 2024 21:50
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
-
19 Aprel 2024 21:18
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
-
19 Aprel 2024 14:20
Qurban Qurbanov “Beşiktaş”ı çalışdıra bilər
-
19 Aprel 2024 12:44
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar
-
18 Aprel 2024 21:25
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
-
18 Aprel 2024 21:09
İngiltərə kubokunun qaydaları dəyişib
-
18 Aprel 2024 20:50
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti finalçı bəlli olub
-
18 Aprel 2024 20:29
Malik Həsənov qələbə qazanıb
-
18 Aprel 2024 19:08
UEFA “Barselona” klubunu cərimələyib
-
18 Aprel 2024 14:51
Azərbaycanlı hakim beynəlxalq cüdo yarışlarına dəvət aldı