Azərbaycan cüdoçusu Qran-pridə finala yüksəlib

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran Pridə finala yüksəlib.

Gununsesi.info -nun məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Ramazan Kocakov (Bəhreyn), Çarli Yanq (Böyük Britaniya) və Yanislav Gerçevə (Bolqarıstan) qalib gəlib.

Nəcəfov qızıl medal uğrunda Matteo Pirasla (İtaliya) görüşəcək.

Eyni çəkidəki Orxan Səfərov ilk görüşündə Jaehonq Ana (Cənubi Koreya) uduzub.

66 kq-dakı Kəramət Hüseynov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Hakberdi Jumayevə (Türkmənistan) yenilib.

Qadınların yarışında 48 kq-da Leyla Əliyeva eyni raundda Narantsetseg Canbaatara (Monqolustan), 52 kq-da Gültac Məmmədəliyeva Maria Tabaya (Braziliya) məğlub olub.

Qeyd edək ki, Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur

Gununsesi.info