“Azərbaycan Dəmir Yolları”na yeni mətbuat katibi təyin olundu

  • By admin
  • 05 Dekabr 2022 14:20

“Azərbaycan Dəmir Yolları” QSC-yə yeni mətbuat katibi təyin olunub.

Gununsesi.info xəbər verir ki, QSC-nin sədri Rövşən Rüstəmovun əmri ilə Sənubər Nəzərova qurumun mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

S. Nəzərova 2013-2020-ci illərdə “SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Xatırladaq ki, S. Nəzərovaya qədər bu vəzifəni Natəvan Bayramova tuturdu. O, dekabrın 2-də öz istəyi ilə vəzifəsindən ayrılıb.

Gununsesi.info