Azərbaycan diasporunun üzvləri Çanaqqala məzarlığını ziyarət edib

  • By admin
  • 30 Avqust 2016 17:40

zafer

 

İstanbul Türkiyə Azərbaycan Dayanışma və Kültür Dərnəyinin (İSTAD) üzvləri Çanaqqala məzarlığını ziyarət edib.

Gununsesi.info Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki ziyarət zamanı heyət adından açıqlama verən təşkilatın sədri Səfər Qaraqoyunlunun sözlərinə “Nə mutlu türkəm deyənə” ifadəsi ilə başlayıb və hər bir türkün şəhidlərin uyuduğu bu məzarlığı ziyarət etməsinin gərəkdiyini deyib.

S.Qaraqoyunlu Çanaqqalanın şərəflə qazanılan zəfər, vətən torpaqlarını qorumaq üçün ayağa qalxan bir millətin azad yaşamaq eşqinin ibrətverici nümunəsi olduğunu vurğulayıb: “Tarixən müstəqil və azad yaşamağa alışmış türk milləti bu savaşda canı və qanı ilə torpağı uğrunda mübarizə apararaq qələbə qazanıb”.

Çanaqqala zəfərinin tarixdə Türkiyə və türk dünyası üçün bir dönüş nöqtəsi olduğunu deyən S.Qaraqoyunlu savaşda şəhid olan Azərbaycan əsgələrindən də danışıb. Bildirib ki, qeyri-rəsmi rəqəmlərə görə, Qafqazdan və Azərbaycandan 18 min insan könüllü şəkildə Çanaqqala döyüşlərinə qatılıb və rəsmi statistikaya əsasən onlardan 3 mini şəhid olub.

İSTAD rəhbərliyi və üzvlərinin Çanaqqala ziyarəti xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki,  30 avqust Türkiyədə Zəfər bayramı kimi qeyd olunur. 1922-ci ildə İstiqlal savaşı gedən Türkiyədə Mustafa Kamal Atatürk başçılıq etdiyi ordu düşmən qüvvələrini məğlub edib və həmin gün tarixə Çanaqqala zəfəri kimi yazılıb. Bu mühairəbədə 253 mini türk, 251 mini isə qarşı tərərfin – ittifaq ordusunun əsgəri olmaqla ümumilikdə 504 min insan həlak olub.

Gülnaz Qənbərli

Gununsesi.info